Ural Dövlət İqtisad Universiteti UNEC-in bakalavr və magistr tələbələrinə distant mübadilə təklif edir!

Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr

Müddət: 2023/2024-cü tədris ilinin payız semestri

Tədris dili: İngilis dili

Bakalavrlar üçün distant təşkil olunacaq dərslərin siyahısı:

  1. Managerial Economics 
  2. International Project Management
  3. Intercultural Communications
  4. Business English
  5. Tour operating
  6. Sales technologies in tourism
  7. Animation activities
  8. Sightseeing activities
  9. Fundamentals of marketing in tourism
  10. Methodology and technology of excursion activities
  11. Marketing in tourism
  12. Development of team strategies in tourism and hospitality
  13. Organization and management in MICE tourism
  14. MICE industry technologies

Magistrlər üçün distant təşkil olunacaq dərslərin siyahısı:

  1. International Business
  2. Tourism and Hotel Management

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) – 75-dən yuxarı olmalı;
  • İngilis dilini sərbəst bilməli (dil sertifikatına sahib olanlara üstünlük veriləcək).
  • UNEC-in 1, 2 və ya 3-cü kurs tələbəsi olmalı.

Tələb olunan sənədlər:

  • ƏRİZƏ
  • Akademik transkript
  • CV (ingilis dilində)
  • Pasport

Son müraciət tarixi: 2 avqust 2023-ci il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «URAL DÖVLƏT İQTİSAD UNİVERSİTETİ» yazılmalıdır.

TOP XƏBƏRLƏR