Türkiyə Respublikasının Kütahya Dumlupınar Universiteti 2021/2022-ci tədris ilinin yaz semestri üçün ERASMUS+ mübadilə proqramı elan edir.

Təqdim olunan yer üzrə müsabiqə keçirilir.

Əsas şərtlər:

  • Tələbənin ümumi orta balı (ÜOMG) – 90-dan yuxarı olmalı;
  • Türk dili C1/C2 səviyyəsində olmalı (ingilis dilini bilməsi arzuolunandır);
  • İqtisadiyyat, maliyyə, mühasibat və Biznesin idarə edilməsi ixtisaslarından birində təhsil almalı.

*
QEYD:

  • Müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaq.
  • Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə veriləcək.
  • Müsabiqədə həm bakalavriat, həm də magistraturada təhsil alan tələbələr iştirak edə bilərlər.

Müraciət üçün son tarix: 15 dekabr 2021-ci il

Tələb olunan sənədlər:

  • Akademik transkript
  • Niyyət məktubu (motivation letter, türk və ya ingilis dilində)
  • CV (türk və ya ingilis dilində)
  • Xarici pasport
  • Sertifikatlar (əgər varsa)

Sənədlər göstərilən ardıcılıqla bir “pdf” fayl şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır. (Sənədləri ayrı-ayrı fayllarda göndərənlərin müraciətlərinə baxılmayacaqdır).  E-mail başlığında universitetin adını qeyd etməyiniz xahiş olunur.

Proqramla bağlı konsultasiyalar 9 dekabr saat 15.00-da və 14 dekabr 11.00-da zoom platforması üzərindən olacaqdır: https://zoom.us/j/93093167066

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay