İkili əməkdaşlıq çərçivəsində (Non-Erasmus) Polşanın Kozminski Universitetinə mübadilə proqramına sənəd qəbulu elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2022-2023-cü tədris ilinin yaz semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. 

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı;
  • İngilis dili biliyi B2 səviyyəsində olmalı (dil sertifikatı üstünlükdür);
  • UNEC-in 2-ci və ya 3-cü kurs tələbəsi olmalı.

Non-Erasmus mübadilə proqramı çərçivəsində UNEC-in tələbələri aşağıdakı universitetlərə getmək üçün müraciət edə bilərlər:

  • Kozminski Universiteti - 2 yer

Tələb olunan sənədlər:

  • Transkrip
  • CV (azərbaycan və ingilis dilində)
  • Pasport və ya şəxsiyyət vəsiqəsi
  • Niyyət məktubu

Son müraciət tarixi: 10 oktyabr, 2022-ci il.

Sənədlər yuxarıda göstərilən ardıcıllıqla bir fayl olaraq (pdf formatında) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-ünvanına göndərilməlidir.

QEYD:

  • Onlayn müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaq.
  • Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə veriləcək.
  • Ölkənin viza qaydalarına əsasən, tələbələrdən depozit tələb oluna bilər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay