Non-Erasmus (ikili əməkdaşlıq çərçivəsində) Bolqarıstanın D.A.Tsenov İqtisad Akademiyası Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2022/2023-cü tədris ilinin yaz semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə seçiləcək.

Seçiləcək tələbə sayı: 2 nəfər

Təhsil pilləsi: bakalavriatura

Müddət: 2022/2023-cü tədris ilinin yaz semestrində (yanvar-iyun ayları arasında)

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı;
  • Gedəcək ölkədə tədris olunacaq ingilis dilini sərbəst bilməli (dil sertifikatına sahib olanlara üstünlük veriləcək).
  • Bakalavr pilləsi üzrə 2-ci və ya 3-cü kurs tələbəsi olmalı.

Son müraciət tarixi: 29 noyabr, 2022-ci il.

Tələb olunan sənədlər:

  • ƏRİZƏ
  • Akademik transcript
  • CV (ingilis dilində)- İş təcrübəsi olanlar təcrübə keçdikləri qurumdaki rəhbərin əlaqə vasitələrini (tel.nömrəsi və e-poçt ünvanı) qeyd etməlidirlər.
  • Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)
  • "Niyyət məktubu (ingilis dilində)"
  • Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis dilində təhsil aldığını göstərən sənəd).

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).

Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «Bolqarıstanın D.A.Tsenov İqtisad Akademiyası» yazılmalıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay