15-17 yanvar 2020-ci il tarixlərində Fransanın Paris şəhərində Sənaye Mühəndisliyi və Sənaye Menecmenti mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransın məqsədi sənaye mühəndisliyi və menecmenti üzrə aparılan ən son və müasir tədqiqatların, nəzəriyyələrin və təcrübələrin geniş şəkildə yayılmasıdır. Bu istiqamətdə fikir və ideya mübadiləsində iştirak etmək istəyən tədqiqatçılar, alimlər, elm xadimləri və tələbələr konfransda məqalələri ilə iştirak edə bilərlər. Konfrans iştirakçıları sənaye lahiyələndirilməsi və idarə edilməsi sahəsində müasir və qabaqcıl texnologiyalar və ixtiralarla əyani şəkildə tanış olmaq imkanını əldə edəcəkdir. 

Son müraciət tarixləri:

Son göndərilmə tarixi

25 noyabr 2019

 

Xülasə bildirişi

       5 iş günü müddətində

 

Məqalənin bildirişi

5 dekabr 2019

 

Son qeydiyyat günü

15 dekabr 2019

 

Bütün məqalələrə ekspertlər tərəfindən rəy veriləcəkdir. 15 və 20 gün ərzində rəyin nəticəsi müəlliflərə göndəriləcəkdir. Qəbul olunmuş və qeydiyyatdan keçmiş bütün məqalələr Ei Compendex, Scopus bazasında indeksləşən Konfrans kitabında dərc olunacaqdır.

Əsas mövzular

1. Böyük məlumat  (Big data) və təhlil

10. İnsan amilləri

2. Qərarın təhlili və metodları

11. İnformasiya emalı və mühəndislik

3. Elektron biznes və  elektron kommersiya

12. Süni intellekt sistemləri

4. Mühəndislik iqtisadiyyatı və xərclərin təhlili

13.İstehsal sistemlərinin tədqiqatı prosesi

5. Mühəndsilik təhsili və tədrisi

14.İstehsalın planlaşdırılması və nəzarəti

6. Səhiyyə iqtisadiyyatı və idarə edilməsi

15. Layihə idarə edilməsi

7. Keyfiyyətə nəzarət və idarəetmə

16. Texniki mühəndislik

8. Risklərin idarə edilməsi və təhlükəsizlik

17.Təchizat Zəncirinin İdarə edilməsi

9. Sistemlərin modelləşdirilməsi və simulyasiyası

18.Texnologiya və biliklərin idarə edilməsi

Konfrans haqqında geniş məlumat: http://www.ieim.org/

Konfransın keçirilmə ünvanı:
Mercure Paris CDG

Əlavə məlumat: UNEC-in EFTİED “Elmmetrika” şöbəsi
Tel.: (012) 492 72 98

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay