Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Ali təhsil müəssisələrində magistratura səviyyəsinin “SABAH” qrupları üçün yeni məzmunun hazırlanması və tədrisinin həyata keçirilməsi” üzrə qrant müsabiqəsi elan edir. Müsabiqə çərçivəsində ali təhsilin magistratura səviyyəsində “Elektron kommersiya” ixtisaslaşması üzrə innovativ təlim, tədris və tədqiqat metodlarına əsaslanan yeni məzmunun hazırlanması və tətbiqi nəzərdə tutulmuşdur. Qrant müsabiqəsinin elmi dərəcəsi olan və vergi orqanlarında müvafiq qaydada qeydiyyata alınmış UNEC əməkdaşları arasında keçirilməsi nəzərdə tutulur.

Müsabiqəyə təqdim olunacaq layihələr aşağıdakı fəaliyyət istiqamətlərini  əhatə etməlidir;

  1. Tədris planının (kurrikulum) hazırlanması;
  2. Sillabusların hazırlanması;
  3. Dərs vəsaitlərinin hazırlanması;
  4. Tədris, təcrübə və tədqiqat prosesi ilə bağlı qaydaların hazırlanması;
  5. Elektron kommersiya laboratoriyasının yaradılması;
  6. Tədris prosesinə xarici müəllimlərin cəlb edilməsi;
  7. Tələbələrə tədqiqat qabiliyyətləri ilə yanaşı əlavə bilik və bacarıqların qazandırılması üçün yerli və xarici ekspertlər tərəfindən təlim və seminarların təşkil olunması;
  8. Tələbələrin xaricdə təcrübə keçməsinin təmin edilməsi.

Müsabiqənin müddəti:

Layihə təklifləri  15 İyul 2021– ci il saat 23:59 – dək elektron versiyada e-mail vasitəsilə qəbul ediləcəkdir.

Layihənin büdcəsi:

Müsabiqə nəticəsində təqdim olunacaq layihənin ümumi büdcəsi iki yüz iyirmi min manatı aşmamalıdır.

Müsabiqəyə təqdim olunacaq layihələr aşağıdakıl fəaliyyət istiqamətlərini  əhatə etməlidir:

  • Layihənin idarə olunması və məzmunun hazırlanması və layihənin idarə olunması üçün nəzərdə tutulan layihə işçi qrupunun xərcləri;
  • Dərs vəsaitlərinin hazırlanması ilə bağlı nəzərdə tutulan xərclər;
  • Kitabxana üçün əlavə dərs vəsaitlərinin alınması;
  • Elektron kommersiya laboratoriyası üçün nəzərdə tutulan avadanlıqlara ayrılan xərclər;
  • Prosesə cəlb olunacaq xarici müəllimlərin xərcləri;
  • Təlim prosesində iştirak edəcək yerli və xarici ekspertlərin xərcləri;
  • Təlim və seminarların təşkili xərcləri;
  • Tələbələrin xaricdə təcrübə keçmələri ilə bağlı xərclər.
  • Yerli mütəxəssislərin xarici universitetlərdə təcrübə mübadiləsi üçün ezamiyyə xərcləri (ehtiyac yaranarsa).

(Qeyd: Təmir-tikinti ilə bağlı xərclərin maliyyələşdirilməsi nəzərdə tutulmur)

Layihənin icra müddəti:

Təqdim olunacaq layihənin icra müddəti maksimum 12-14 ay olmalıdır.

Müsabiqədə iştirak:

Müsabiqədə iştirak etmək istəyən layihələr göstərilmiş formalara uyğun olaraq hazırlanaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərilməlidir.

Müsabiqəyə təqdim olunacaq layihələr universitet rektorunun əmri ilə formalaşdırılmış müsabiqə komissiyası tərəfindən qiymətləndirildikdən sonra qalib layihə müsabiqə bitdikdən 5 iş günü ərzində elan olunacaqdır.

Layihənin qiymətləndirmə meyarları:

  • Konsepsiya sənədinin layihə məqsədinə uyğunluğu
  • Fəaliyyət planının layihə təklifinə uyğunluğu
  • Təklif edilən büdcə layihəsinin (xərclər smetası) uyğunluğu
  • Layihənin komandasının uyğunluğu.

FORMA_1_-_ƏRİZƏ_FORMASI

FORMA_2_-_LAYİHƏ_TƏKLİFİNİN_FORMASI

FORMA_3_-_LAYİHƏNİN_İCRA_PLANI

FORMA_4_-_LAYİHƏNİN_XƏRCLƏR_SMETASI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay