A

Kənd təsərrüfatı sahəsində innovasiyaların və rəqəmsal texnologiyaların genişləndirilməsi məqsədilə həyata keçirilən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələri  fəal iştirak ediblər. Fakültənin III kurs tələbələri Amil Abdullazadə, Rəsul Sadiqli və Nihad Rzaquluzadə tədbirdə “Fermerin dostu” adlı innovativ layihə ilə çıxış ediblər. Onların təqdim etdikləri layihə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinə dair praktiki həllər təklif olunub.

Layihə çərçivəsində tələbələr kənd təsərrüfatında süni intellektin tətbiqi imkanlarını araşdıraraq, aqrar məlumatların avtomatlaşdırılmış şəkildə toplanması və analiz olunması, həmçinin bu analizlər əsasında fermerlər üçün effektiv qərarvermə mexanizmlərinin formalaşdırılması ilə bağlı innovativ yanaşmalar təqdim ediblər.

Qeyd edək ki, layihə çərçivəsində müxtəlif seminarlar, infoturlar və bootcamp formatlı tədbirlərin keçirilməsi planlaşdırılır.

TOP XƏBƏRLƏR