A

UNEC-in Rus İqtisad Məktəbində (RİM) Bakı şəhəri üzrə 17-yə yaxın məktəbdən gəlmiş 40-dan çox IX-XI sinif şagirdi ilə görüş keçirilib.

Görüşdə Bakının 102, 243, 193, 160 saylı gimnaziyası, eləcə də 189-190 saylı məktəblərin şagirdləri iştirak ediblər.

Məktəblilər üçün UNEC-in ikinci tədris binasına ekskursiya təşkil olunub. Onlara tələbə şəxsi kabineti və onun imkanları nümayiş etdirilib, kitabxana, idman zalı, həmçinin əsaslı təmirdən sonra istifadəyə verilmiş ikinci tədris binasının üstünlükləri barədə ətraflı məlumat verilib.

Daha sonra kiçik akt zalında UNEC RİM-in uğurlu məzunlarından olan İmran Məmmədov ilə görüş keçirilib. O, tələbəlik illərindən, sosial aktiv fəaliyyətinin hazırkı uğurlarında oynadığı roldan və UNEC ailəsinin ona qazandırdığı dəyərlərdən danışıb.

Görüş zamanı RİM direktoru dosent Mənsur Bərxudarov çıxış edərək universitet həyatı, UNEC-in təhsil imkanları, tələbələr üçün yaradılan şərait və universitet mühiti barədə məktəblilərə ətraflı məlumat verib. Onun çıxışı şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR