A

UNEC Xarici Dillər Departamentinin əməkdaşları Avropa-Azərbaycan Məktəbinin 10-cu və 11-ci sinif şagirdləri ilə görüş keçiriblər.

Görüş çərçivəsində UNEC-in əsas məqsədləri, fakültələri, ixtisasları, eləcə də yerli və xarici proqramları haqqında ətraflı məlumat verilib.

Tədbirdə UNEC Xarici Dillər Departamentinin direktoru Aysel Xəlilova universitetin təhsil imkanları və beynəlxalq əməkdaşlıq sahəsindəki nailiyyətləri haqqında danışıb. Daha sonra departamentin əməkdaşı Lətifə Qasımova UNEC-in proqramları və tədris prosesi ilə bağlı təqdimatla çıxış edib.

Görüş şagirdləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. Şagirdlər UNEC-də təhsil almaq imkanları, mübadilə proqramları və qəbul qaydaları barədə ətraflı məlumat əldə ediblər.

TOP XƏBƏRLƏR