UNEC-in 95 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Rus İqtisad Məktəbinin "Tətbiqi iqtisadiyyat" kafedrasının müəllimləri Nəzirə Hüseynova və Leyla Məmmədova 189-190 nömrəli orta məktəbdə abituriyentlərlə görüş keçiriblər.
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarına hazırlaşan şagirdlərlə bir araya gələn müəllimlər UNEC-in keçdiyi inkişaf yolundan danışıblar. Eyni zamanda UNEC-də tələbələr üçün yaradılan imkanlar, xüsusi təqaüd, mübadilə və ikili diplom proqramları barədə məlumat veriblər. Tələbələrin fərdi inkişafı istiqamətində UNEC-in tətbiq etdiyi yenilikləri şagirdlərin diqqətinə çatdırıblar.
Məktəb rəhbərliyi ilə keçirilən müzakirələrdə isə ali və orta təhsil müəssisəsi arasında əlaqələrin gücləndirilməsi və məlumatlandırma görüşlərinin mütəmadi olaraq davam etdirilməsi təklif olunub. Bu cür təşəbbüslərin abituriyentlər üçün əhəmiyyətli olduğu vurğulanıb.