UNEC-in 95 illik yubileyi çərçivəsində “İqtisadiyyat” kafedrasının dosenti Vildan Rizayeva və müəllimi Günay Vəliyevanın məktəblərə səfəri baş tutub.
Onların iştirakı ilə Yasamal rayonu İlqar İbrahimov adına 167 saylı tam orta məktəbdə 11-ci sinif şagirdləri ilə görüş təşkil edilib.
Görüşdə tələbələrə Universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.