A

UNEC-in 95 illiyinə həsr olunmuş təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş Bakı şəhərindəki 27 saylı məktəbdə olub. 

UNEC-in Xarici Dillər Departamentinin əməkdaşları Sənubər Səfiyeva, Pərvanə Abbasova və Humay Mürsəlova məktəbin yuxarı sinif şagirdləri ilə görüşərək, onlara universitetin tarixindən və tədris sahəsindəki uğurlarından bəhs ediblər. Həmçinin universitetin beynəlxalq əlaqələri, tələbələrə təqdim edilən imkanlar barədə geniş təqdimat keçiriblər. Şagirdlərə UNEC-in rəqəmsal tədris metodu, tələbə həyatı və məzunların peşəkar uğurları barədə konkret nümunələr təqdim olunub. Təqdimat zamanı məktəblilər UNEC-in müxtəlif ixtisaslar üzrə təklif etdiyi kurslar barədə də məlumatlandırılıblar. 

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR