UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) nümayəndələri Akademik Zərifə Əliyeva adına liseyidə abituriyentlərlə görüş keçiriblər.
Görüş zamanı Logistika ixtisasının rəhbəri Fədai Əfəndiyev abituriyentlərə ISE fakültəsi və onun nəzdində fəaliyyət göstərən Logistika Klubu haqqında ətraflı məlumat verib. O, şagirdləri logistika ixtisasının tədris imkanları, karyera perspektivləri və fakültədə həyata keçirilən fəaliyyətlərlə yaxından tanış edib.
Bundan əlavə, universitet həyatına adaptasiya, qəbul prosesi və xaricdə təhsil imkanları ilə bağlı abituriyentləri maraqlandıran suallar cavablandırılıb. Təqdimat çərçivəsində ISE-də mövcud ixtisaslar, beynəlxalq əməkdaşlıq proqramları, tələbələr üçün təqdim olunan təqaüd imkanları, kampus həyatı və gələcək karyera imkanları barədə geniş təqdimat edilib.
Sonra ISE tələbələri Murad Baxşı və Nəzrin Babayeva universitet həyatı, təhsil prosesi və şəxsi təcrübələri barədə abituriyentlərlə fikir mübadiləsi aparıblar.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.