Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasının əməkdaşları Səbail rayonu 6 saylı məktəb-liseyində abituriyentlərlə görüş keçiriblər.
Görüşdə kafedranın ixtisas rəhbəri dosent Günay Pənahova və müəllimə Rəna Musayeva iştirak ediblər. Tədbirin məqsədi şagirdləri UNEC-də yaradılmış müasir tədris imkanları, təhsil proqramları və ixtisas seçimi barədə məlumatlandırmaq olub.
Abituriyentlərə universitetin beynəlxalq reytinqlərdə əldə etdiyi uğurlar, tədrisin keyfiyyəti, həmçinin qlobal əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 2025–2026-cı tədris ilindən etibarən “İqtisadiyyat və idarəetmə” fakültəsinin nəzdində “İqtisadiyyat” ixtisası üzrə fəaliyyət göstərəcək SABAH qruplarına qəbul aparılacaq. Şagirdlərin diqqətinə SABAH qruplarının təqdim etdiyi akademik və karyera üstünlükləri çatdırılıb.
Görüşün sonunda UNEC məzunlarının karyera imkanları ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.