A

UNEC-in professor-müəllim heyətinin Azərbaycan məktəblərinə səfərləri çərçivəsində Ekspertiza və standartlaşdırma fakültəsinin müəllimlərinin Sumqayıt şəhərinin məktəblərinə səfərləri baş tutub.

“Dizayn” kafedrasının müdiri Lalə Məmmədova və müəllim Aytən Ağayeva Sumqayıt şəhərinin 16, 21, 23, 24, 25, 31, 33 və 35 saylı məktəblərinə, Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti Natiq Qarayev isə 4,13,14 və 15 saylı məktəblərinə səfər etmişlər.

Görüşlərdə UNEC-də təhsil mühiti, onun elmi potensialı barədə geniş məlumat verilib. UNEC-i seçməklə iqtisadiyyat və biznes profili üzrə Azərbaycanın ən böyük, Şərqi Avropa və Mərkəzi Asiyanın 4-cü universitetində təhsil almağın üstünlüklərindən bəhs edildi. Şagirdlərə tədrisi Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirən UNEC-in tələbələr üçün Avropa universitetləri ilə “Erasmus+”, Türkiyə universitetləri ilə “Mevlana” mübadilə proqramlarından yararlanmaq imkanı yaradır. Burada 4 illik təhsil müddətində tələbə 2 ixtisas üzrə 2 diplom əldə etmək hüququna sahibdir. UNEC tələbəsi dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramlarına qoşulma imkanlarından yararlana bilər. 

UNEC-də bütün tədris prosesi tam elektronlaşdırılaraq elektron universitet modeli yaradılmışdır.

Görüşün sonunda şagirdlərin UNEC-lə bağlı sualları cavablandırmışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay