A

UNEC-də yeni layihəyə start verilir.

“UNEC-in gənc müəllimləri” adlı layihənin məqsədi universitetdə tədrisə cəlb olunan gənc müəllimləri daha yaxından tanıtmaq, onların əldə etdikləri uğurları bölüşməkdən ibarətdir. Layihə çərçivəsində müəllimlərin motivasiyaedici sloqanı da paylaşılacaq.

Layihənin ilk iştirakçısı Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) müəllimi Təhmasib Əlizadədir.

Təhmasib Əlizadə: “Yenilikçilik – ümiddir, tərəqqidir, gələcəkdir!”

UNEC-in Beynəlxalq iqtisadi münasibətlər fakültəsində “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. Almaniya Federativ Respublikası, Fridrix Şiller Yena Universitetində (Friedrich Schiller University of Jena) “İnnovasiya və inkişaf” ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda UNEC-in dissertantıdır.

Almaniyanin Zigen Universitetində qonaq araşdırmaçı olub. 2019-2020 ildə bir illlik Almaniyanın Fridrix Şiller Yena Universitetinin “İnnovativ inkişaf iqtisadiyyatı” mərkəzində tədqiqatçı kimi fəaliyyət göstərib.

Beynəlxalq reytinqli jurnallarda elmi məqalələri çap edilib. Kembric Universitetində, Fridrix Şiller Yena Universitetində, Zigen Universitetində, Rusiya Ali İqtisad Məktəbində və digər universitetlərdə beynəlxalq elmi konfranslarda iştirak edib. İştirak etdiyi iki konfrans Web of Science platformasında qeydə alınıb.

Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” adlı məşhur əsərinin UNEC alimləri tərəfindən Azərbaycan dilinə tərcümə olunmasında Təhmasib Əlizadə də iştirak edib.

Qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemlərinin müzakirə edildiyi ISE Economic Talks layihəsinin rəhbəridir.

“Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimidir, “İqtisadiyyata giriş”, “Mikroiqtisadiyyat” və “İnnovasiya və investisiya siyasətləri” fənlərini tədris edir. Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin üzvüdür.

Azərbaycan, rus, ingilis və alman dilini bilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay