A

“UNEC-in gənc müəllimləri” layihəsinin növbəti iştirakçısı Qələndər Məmmədlidir.

“Təhsil indiki dövrdə öyrənməyi öyrətməkdir”

Qələndər Məmmədli 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində bakalavr təhsili alıb.

2015-ildə Türkiyənin Marmara Universitetinin magistratura təhsili üzrə “Marketinq” ixtisasına xarici tələbələr arasında ən yüksək nəticə göstərərək qəbul olub. Tələbəlik dövründə Marmara Marka Zirvəsi proyektinin təşkilat komitəsinin üzvü seçilib.

Hazırda Anadolu Universitetində “Biznesin əsasları” sahəsi üzrə ingilis dilində doktorantura təhsili alır.

2017-ci ildə Erasmus beynəlxalq mübadilə proqramı ilə Polşanın Politechnika Czestochowa universitetində 1 semestr təhsil alıb.

Azərbaycan-Türkiyə marketinq mütəxəssislərinin qatıldığı “Marketinq Sammiti 2017” layihəsinin ideya müəllifi və koordinatoru olub. 2017-ci ildən bir çox yerli və xarici şirkətə marketinq və biznes inkişafına dair konsultasiyalar verib, marketinq tədqiqatları aparıb. Yerli və xarici jurnallarda, həmçinin konfranslarda dərc olunan elmi 5 məqalənin müəllifidir. Marketinq, rəqəmsal marketinq və brendinq ilə bağlı çoxsaylı təlimlər keçib.

2018-ci ildən UNEC-də İqtisadiyyat və işlətmə kafedrasının müəllimidir, TUDİFAK-da və SABAH qruplarında dərs deyir.

“Təcrübə danışır“, “Qonaq Spiker” layihələrinin, həmçinin “Elektron Ticarətdən Elektron İxracata” forumunu təşkilatçısıdır. Markzone.az platformasının təsisçisidir.

Azərbaycan, türk və ingilis dillərini bilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay