A

UNEC-in təşəbbüsü ilə “Elm gözəldir: Məktəbdən elmə” adlı layihəyə start verilib.

Layihənin əsas məqsədi şagirdlərə elmin əhəmiyyətini və həyatdakı rolunu aşılamaq, onlarda elmdə maraq və sevgi oyadaraq, gənc nəsli elmi tədqiqatlara, yeniliklərə və gələcəkdə elmi sahələrdə uğurlu karyera qurmağa təşviq etməkdir.

Layihə çərçivəsində UNEC-in müəllimləri ölkə üzrə məktəblərə və liseylərə səfər edərək, gənc nəslə elm və təhsil sahəsindəki ən son yenilikləri, elmi kəşfləri və uğurları tanıdacaqlar.

Bu məqsədlə UNEC-in Mühəndislik fakültəsinin dosenti Ramil Sadıqov və İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Afaq Hacıyeva Bakı şəhəri, 291 saylı Ekologiya liseyində şagirdlərlə görüşüblər.

Görüşdə məktəblilərə 2024-cü ildə Bakıda keçirilən COP29-un Azərbaycan və dünya üçün qazandırdığı əhəmiyyətli ekoloji və elmi töhfələrdən danışıblar. Eyni zamanda onlara müasir dövrdə baş verən ekoloji problemlər, onların fəsadları və çıxış yolları ilə bağlı önəmli məqamları çatdırıblar.

UNEC müəllimləri məktəblilərlə keçirdikləri görüşdə universitetin təhsil imkanları barədə ətraflı təqdimatla çıxış edərək, şagirdlərə gələcək təhsil seçimləri ilə bağlı geniş məlumat verdilər, həmçinin şagirdlərin suallarını cavablandırıblar.

Məktəblilər tərəfindən böyük maraqla qarşılanan bu görüşün sonunda UNEC-in təhsil imkanlarını tanıdan məlumatlandırıcı bukletlər onlara təqdim olunub.

TOP XƏBƏRLƏR