A

“Həftənin kitabı” layihəsi bu dəfə “Entrepreneurship: Theory, Process, and Practice” (“Sahibkarlıq: Nəzəriyyə, Proses və Təcrübə”) kitabını təqdim edir.

Kitabın müəllifi bu sahədə dünyanın 50 populyar alimi sırasında yer alan, 190-dan çox məqalənin və 30 kitabın müəllifi, İndiana Universitetinin professoru, Kelleydə “Johnson Celley Business School”da Sahibkarlıq və İnnovasiya Mərkəzinin icraçı və akademik direktoru Donald F. Kuratkodur.

Kitabda sahibkarlıq fəaliyyətinin nəzəriyyəsi, prosesləri və təcrübəsi anlayışına nəzəri və praktik baxımdan yanaşılıb. 25 ildən çoxdur ki, bu kitab sahibkarlığın tədrisi sahəsində liderliyini qoruyub saxlayır. Təqdim edilən kreativ məsələlər sahibkarlıq düşüncə tərzinin inkişafı üçün nəzərdə tutulub. Maraqlı tapşırıqlar, eləcə də keyslər bu sahədə təhsil alanların sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə dəstək olacaq.

“Entrepreneurship: Theory, Process, and Practice” (“Sahibkarlıq: Nəzəriyyə, Proses və Təcrübə” kitabının ilk nəşri 1994-cü ildə edilib. Kitabın 2016-cı ildə 10-cu nəşri “Cengage Learning” nəşriyyatında çapdan çıxıb. Kitab 504 səhifədir. Oxucular kitabı UNEC-in 24/7 kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay