A

“Həftənin kitabı” bu həftə oxuculara “Qida məhsullarının ümumi texnologiyası” kitabını təqdim edir.

Kitabın müəllifləri UNEC-in Qida məhsullarının texnologiyası kafedrasının dosenti, Elsevər Fərzəliyev və “Az-Granata” MMC-nin sektor müdiri, beynəlxalq müsabiqələrin qalibi Vüqar Mikayılovdur.

Dərslikdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələrindən əldə olunan məlumatlar şərh edilib. Həmçinin çörək-bulka, ət, süd, balıq, şərabçılıq məhsulları, meyvə-tərəvəz konservləri, makaron, qənnadı, qida konsentratları kimi məhsulların istehsal texnologiyaları, eləcə də əksər qida məhsullarının istehsalında istifadə edilən spesifik xammal və yardımçı materialların kimyəvi, fiziki-kimyəvi, bio-kimyəvi, mikrobioloji, reoloji, texnoloji xüsusiyyətləri hərtərəfli xarakterizə olunaraq elmi cəhətdən əsaslandırılmış, texnoloji sxemlərdə qeyd olunan texnoloji əməliyyatların yerinə yetirilməsi qaydaları göstərilib, istifadə olunacaq texnoloji avadanlıqların texniki və texnoloji göstəriciləri verilib.

832 səhifəlik Qida məhsullarının ümumi texnologiyası dərsliyi 2018-ci ildə çapdan çıxıb. Oxucular kitabı UNEC-in bütün tədris binalarındakı kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay