A

“Həftənin kitabı” layihəsi 2023-cü ilin ilk buraxılışını “İqtisadi vektor və strateji seçim” kitabının təqdimatı ilə start verir.

Kitabın müəllifi tanınmış iqtisadçı, İqtisadi Təhlil İnsitutunun rəhbəri Məmməd Talıblıdır.

Kitabda müəllifin Azərbaycanın xarici iqtisadi əlaqələrinin son illərdə iqtisadi vektorunu hansı istiqamətdə yönəltməsinin təhlili, ölkəmizin gələcəkdə etməli olduğu strateji seçimlərinin əsaslandırılması ilə bağlı müstəqil düşüncələri yer alıb. Eyni zamanda əsər müəllifin son ayların ən aktual mövzusu olan Rusiya-Ukrayna savaşı kontekstində Azərbaycanın getməli olduğu yola işıq salmaq cəhdi kimi qiymətləndirilə bilər.

216 səhifəlik “İqtisadi vektor və strateji seçim” kitabı 2022-ci ildə “Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzindən çapdan çıxıb. Oxucu-istifadəçilər əsəri UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay