A

Aprel-may aylarında İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə UNEC-də “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” adlı silsilə mühazirələr keçirilib.

Azərbaycanda akkreditə olunmuş səfirlik nümayəndələri və müxtəlif elm adamları tərəfindən keçirilən mühazirələrin ilk həftəsində Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nassir Abdul Kareem A. Rahem və ADA Universitetinin prorektoru Dr. Fariz İsmayılzadə tərəfindən “Müsəlman dünyası və Fələstin” və “Müasir dövrdə ictimai diplomatiya” adlı mövzularda aparılıb. 

Mühazirələrin ikinci həftəsində isə Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarch və Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış ediblər.

Silsilə mühazirələrin digər həftələrində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri Yalçın Rəfiyev, XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri Elməddin Mehdiyev, Mərakeş Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mohamed Adil Embarch və Pakistan Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Bilal Hayi mühazirəçilər olaraq iştirak ediblər.

Mühazirələrin son günündə tədbirin təşkilatçıları UNEC-in göstərdiyi təşkilati dəstəyə görə təşəkkürlərini bildirərək, UNEC Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşını mükafatlandırıblar.

TOP XƏBƏRLƏR