A

UNEC-də “Heydər Əliyev İli” münasibətilə təsdiq edilmiş “Oxu mədəniyyəti” tədbirlər planı çərçivəsində UNEC Ümumi fənlərin tədrisinin təşkili departamentinin (ÜFTTD) və Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev irsi-100 müzakirə” silsiləsindən növbəti müzakirə keçirilib.

Tədbirdə öncə ümummili lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ÜFTTD-nin direktoru, dosent Gülnarə Rzayeva Ümummilli liderin kitablara verdiyi dəyərdən, mütaliənin insanın mənəviyyatını formalaşdırmasındakı rolundan bəhs edib.

Sonra Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva UNEC-də “Oxu mədəniyyəti” Tədbirlər Planının məqsədi və Ulu Öndərin müxtəlif sahələr üzrə əvəzsiz xidmətləri haqqında keçirilmiş müzakirələr barədə məlumat verib.

Tədbirdə Azərbaycan dili kafedrasının dosenti Çinarə Qəhrəmanova “Heydər Əliyev və mili-mənəvi dəyərərimiz: ana dilimiz” mövzusunda çıxış edərək ulu öndərin ana dilinə zəngin və ahəngdar dil kimi verdiyi yüksək qiymətdən danışıb. ÜFTTD-nin mütəxəssisi Aygün Behbudova “Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı - ümummii lider Heydər Əliyev” mövzusunda çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu Hedər Əiyevin dövlətçilik tariximizdəki müstəsna xidmətlərini nəzərə çatdırıb. ÜFTTD-nin mütəxəssisi Günay Əliyeva “Heydər Əliyevin ədəbiyyat siyasəti” mövzusunda çıxış edərək son yarım əsrdə Azərbaycan ədəbiyyatının inkişafında ümummilli liderin rolundan bəhs edib.

Çıxışlardan sonra tədbir müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR