A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin təhsilalanlar üçün təşkil etdiyi maarifləndirici və məlumatlandırıcı təlimlər davam edir.

Kitabxana resurslarından səmərəli istifadə məqsədilə bu dəfə MBA proqramları üzrə rəqəmsal maliyyə, marketinq menecmenti və rəqəmsal mühasibatlıq ixtisaslarında təhsil alan magistrantlar üçün təlimlər keçirilib.

Təlim iştirakçılarına mərkəzin library.unec.edu.az veb səhifəsindən istifadə qaydaları, elektron kataloq vasitəsilə resurs axtarışının metodları izah olunub və bu proseslər praktiki şəkildə nümayiş etdirilib. Həmçinin kitabxananın zəngin elektron və fiziki resursları, universitetin abunə olduğu beynəlxalq elmi bazalar — Scopus, Web of Science, EBSCOhost, ProQuest Ebook Central, SciVal (Elsevier), PQDT, eləcə də siyahıya yeni daxil edilmiş Business Expert Press (BEP) Digital Library və IEEE Computer Society Digital Library platformalarından istifadə qaydaları təqdim olunub.

Təlim zamanı kitabxananın davamlı yenilənən və təkmilləşdirilən xidmətləri, təşkil edilən tədbirlər, kitab təqdimatları və layihələr barədə də geniş məlumat verilib, müəllim və magistrantları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təlimlər UNEC Kitabxana-İnformasiya Mərkəzinin 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova tərəfindən keçirilib. Görüşün sonunda Arzu Məmmədova KİM-in bütün yenilik və təkliflərə açıq olduğunu bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay