A

V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində “İqtisadi elmi araşdırmalarda mənbələrin əlçatanlığı” mövzusunda vörkşop keçirilib.

Vörkşopda UNEC KİM-in direktoru, tar.ü.f.d. Adilə Abdullayeva, Ankara Universitetinin verilənlər bazası və elektron mənbələr üzrə aparıcı mütəxəssisi Nurgül Kılıç, ADA Universitetinin kitabxanasının direktoru Elçin Məmmədov, UNEC-in 3 saylı tədris binası üzrə kitabxananın müdiri Nərminə Abdullayeva  mövzu ilə bağlı maraqlı təqdimatlarla çıxış ediblər.

Tədbirin moderatoru Adilə Abdullayeva UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən həyata keçirilən elmi araşdırmalardan və tədrisin informasiya təminatının istiqamətində rellaşdırılan layihələrdən danışıb.

ADA Universitetinin kitabxanasının direktoru tex.ü.f.d. Elçin Məmmədov beynəlxalq nəşriyyat, aqreqator və verilənlər bazası anlayışlarını şərh edərək, informasiya resurslarının növlərindəki fərqliliklər, e-sənəd çatdırılması, informasiya resurslarının korporativ hüquqlu əsaslarından və bir sıra beynəlxalq bazalar haqqında maraqlı məlumatları paylaşıb. Həmçinin UNEC və ADA Universiteti arasında imzalanmış memorandum əsasında əldə edilmiş nailiyyətlərdən, ADA universitetinin alimlərinin UNEC-in kitabxana resurslarından istifadəsinin və Bloomberq laboratoriyasında tədqiqat aparmaq imkanlarından və  UNEC tədqiqatçıları və təhsilalanlarının ADA universitetinin kitabxana resurslarından istifadəsinin əhəmiyyətindən bəhs edib.

Ankara Universitetinin aparıcı mütəxəssisi Nurgül Kılıç təmsil etdiyi universitetin abunə olduğu yerli və beynəlxalq bazalar, kitabxanalarla əməkdaşlıq istiqamətləri və sənəd mübadiləsi barədə məlumat verib. O, qarşılıqlı əməkdaşlıq çərçivəsində UNEC alimləri və təhsilalanlarının Ankara kitabxanasının resurslarından istifadə edə biləcəyini diqqətə çatdırıb.

Nərmin Abdullayeva isə iqtisadiyyat sahəsində beynəlxalq və statistik verilənlər bazaları, elektron kitabxanalar və s. barədə çıxış edib. Nüfuzlu elmi bazalardakı Azərbaycana aid mövcud resursları iştirakçılarla bölüşüb.

Tədbir konfransın facebook səhifəsində canlı yayımlanıb.

https://youtu.be/6MtZpF5_Z3I

TOP XƏBƏRLƏR