A

“Paşa Həyat Sığorta” ASC UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə bir neçə adda kitab hədiyyə edib.

Hədiyyə olunan nəşrlər arasında “Zəfər salnaməsi”, “Karabakh”, “Şuşa zirvədən uca”, “Qarabağ yeni sətirdən” və “Revival beginning. Dirçəliş başlangıc” kitabları yer alır.

Kitablarda Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə, Qarabağın tarixi və mədəni irsi, Şuşa şəhərinin strateji və mədəni rolu, görkəmli şəxsiyyətləri, azad olunmuş ərazilərdə aparılan bərpa və infrastruktur işləri, sosial layihələr və regionun gələcək inkişaf perspektivləri əks olunub.

Kitablarla UNEC kitabxanalarında tanış olmaq mümkündür.

TOP XƏBƏRLƏR