A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun (İAETİ) təşkilatçılığı və Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin iştirakı ilə əhəmiyyətli elmi seminar keçirilib.

Tədbir, 2026-cı ildə 17-22 may tarixlərində Bakıda baş tutacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində “Azərbaycanın WUF13 təşəbbüslərinin və prioritetlərinin müəyyənləşdirilməsi” istiqamətinə həsr olunub.

Seminarı giriş sözü ilə açan İAETİ-nin direktoru, prof. Yadulla Həsənli tədbirin əhəmiyyətini vurğulayaraq, onun Elm və Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən tərtib edilmiş Tədbirlər Planının 5-ci bəndinə uyğun olaraq reallaşdırıldığını bildirib.

Daha sonra İAETİ-nin elmi katibi Rafail Rzayev “Mənzil infrastrukturunun iqlim risklərinə qarşı davamlılığı: təbiətə əsaslanan həllər və şəhər ekosistemlərinin rolu” mövzusunda məruzə ilə çıxış edib. R. Rzayev məruzəsində müasir dövrdə şəhərləşmə və iqlim dəyişiklikləri fonunda mənzil infrastrukturunun davamlılığı məsələsinin aktuallığını qeyd edib. O, iqlim dəyişikliklərinin mənzil sektoruna təsirlərini təhlil edərək, beynəlxalq təcrübədə geniş tətbiq olunan Təbiətə Əsaslanan Həllər (NBS – Nature-Based Solutions) yanaşması haqqında ətraflı məlumat təqdim edib. Məruzəçi bu məsələnin Azərbaycan üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Çıxışın sonunda R. Rzayev müxtəlif ölkələrdə bu yanaşma əsasında həyata keçirilmiş uğurlu layihələrdən nümunələr göstərib və Azərbaycanda bu istiqamətdə görülməsi vacib olan tədbirlərə dair konkret təkliflər səsləndirib.

Məruzədən sonra iştirakçıların sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay