A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi seminar keçirilib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasındakı çıxışından irəli gələn vəzifələr seminara toplaşan iqtisadçılar və tədqiqatçılar tərəfindən ətraflı müzakirə olunub.Qeyd edilib ki, bu ilin 3 ayı ərzində ölkəmizdə iqtisadi inkişaf meylləri qeydə alınıb. Bildirilib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində ümumi daxili məhsulun azalması müşahidə edilsə də, qeyri-neft sənayesinin beş faizdən çox artması müsbət göstəricidir.Bildirilib ki, ilk rüb ərzində 37 min yeni iş yerinin yaradılması, işsizliyin səviyyəsinın çox aşağı olması müsbət haldır.

UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun əməkdaşları 2016-cı ilin birinci rübündə ölkə iqtisadiyatının mövcud durumu və meylləri, bu meylləri şərtləndirən amillər haqqında danışaraq, müvafiq təkliflər veriblər.Sonda seminar iştirakçıları ölkə iqtisadiyyatında artımın təmin edilməsi yolları haqqında fikir mübadiləsi aparıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay