EFTİED-nin müdiri professor Zahid Məmmədov tədbiri açaraq, qrant layihəsinin elmi əhəmiyyətini vurğulayıb.
Sonra tədimat üçün söz qrant layihəsinin rəhbəri dos. Afaq Hüseynə verilib. O, layihənin məqsədi, həyata keçirilən araşdırmanın istiqaməti və nəticələrindən danışıb. Bildirib ki, layihədə rəqəmsal təhsil məhsullarının satış həcminin ÜDM-ə və müəlliflərin gəlirlərinə təsirini müəyyən etmək vəzifə kimi qarşıya qoyulub. Layihə ilə bağlı Scopus bazasına daxil olan jurnallarda 2 elmi məqalənin çapa qəbul olunması qeyd edilib. e-ders.az saytı isə rəqəmsal təhsil məhsullarının alqı, satqı və mübadiləsinin onlayn həyata keçirilmə mexanizmi kimi təqdim edilmib. İştirakçılara e-ders.az saytından bəhs edən videoçarx nümayiş olunub.
Layihənin ictimaiyyətə təqdim olunmasının müzakirəsində “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyini rəhbəri Əhməd Abbasbəyli, İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin müdiri Xəyalə Fətullayeva, Dövlət Statistika Komitəsinin “Təhsil, elm, innovasiya və mədəniyyət statistikası” sektorunun müdiri Aypara Əliyeva, Dövlət Məşğulluq AgentliyiPHM iş şöbəsinin müdiri Kənan Bağırov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Analitika və koordinasiya” şöbəsinin müdiri Nicat Əlizadə və baş mütəxəssisi Əbdül Musazadə, “Banking and Financial Traning Center” MMC-nin direktoru Elnur Vəliyev və UNEC-in əməkdaşları layihə ilə bağlı fikirlərini bildiriblər. UNEC Rus İqtisad Məktəbinin direktori dos. Mənsur Bərxudarov da layihənin elmi yeniliyi ilə bağlı fikirlərini bölüşüb.
Sonda tədbir iştirakçıları layihə ilə bağlı komandanın işinə uğurlar diləyiblər.