A

Dekabrın 26-da Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumu təşkil olunub.

Forumda elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, yerli ali təhsil müəssisələrinin rektorları, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini Tamilla Hacıyeva, təhsil işçiləri, beynəlxalq ekspertlər və əcnəbi tələbələr iştirak ediblər.

Forumun məqsədi hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023/2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdim olunması, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafını müzakirə etmək, eləcə də 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirmək olub.

Forumun I panel sessiyasında iştirak edən UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı əcnəbi tələbələrin ölkəmizin ali təhsil müəssisələrinə cəlbi, beynəlxalq reytinq cədvəllərində iştirak və proqramların akkreditasiyası mövzuları üzrə müzakirələrdə iştirak edib və sualları cavablandırıb.

Tədbirdə UNEC Azərbaycanda əcnəbi tələbələrin mobilliyi göstəriciləri üzrə ölkənin ali təhsil müəssisələrinin reytinqində nailiyyətləri ilə fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" ilə təltif olunub. UNEC-in doktorantı Efiopiya vətəndaşı Abrehet Mehari Gebreselassi də təhsildəki uğurlarına görə də “Təşəkkürnamə” ilə təltif edilib.

Forumda UNEC-in Dizayn Məktəbinin əcnəbi tələbələrinin əl işləri də sərgilənib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay