A

Sentyabrın 18-də UNEC-in qalib olduğu "DigiShip” (Daha dayanıqlı Avropa üçün Rəqəmsal Sahibkarlıq Strategiyaları) Erasmus+ Jean Monnet modul layihəsinin universitetin müəllim və əməkdaşları üçün infosessiyası keçirilib.

İnfosessiyada iştirakçılara DigiShip layihəsinin Avropa Birliyi tərəfindən maliyyələşdirildiyi bildirilib. Layihə çərçivəsində təşkil olunacaq "Dayanıqlı Sahibkarlıq üçün Aİ-nin Biznes Siyasətləri” və “Rəqəmsal Sahibkarlıq və İnnovasiya” kursları, eləcə də layihə çərçivəsində planlaşdırılan digər işlər barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıların Erasmus+ Jean Monnet layihələrinin yazılma prinsipləri və şərtləri ilə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay