Noyabrın 6-da UNEC-in qalib olduğu "DigiShip” (Daha dayanıqlı Avropa üçün Rəqəmsal Sahibkarlıq Strategiyaları) Erasmus+ Jean Monnet modul layihəsinin təqdimatı olub.
UNEC-in müəllim və əməkdaşlarına Erasmus+ layihələri haqqında ümumi məlumat verilib və “DigiShip” layihəsininin Avropa Birliyi tərəfindən maliyyələşməsi qeyd olunub. Sessiya zamanı layihə çərçivəsində keçirilmiş dərslərin effektivliyi, tədris zamanı istifadə olunan materiallar və həmin tarixə kimi görülmüş digər işlər barədə müzakirələr aparılıb.