UNEC-in tərəfdaş, Lənkəran Dövlət Universitetinin (LDU) koordinatoru olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “CREATIVE+” layihəsinin LDU üzrə nümayəndələri ilə görüş keçirilib.
Bildirilib ki, CREATIVE+ layihəsi Azərbaycanda kreativ sahibkarlığı təşviq etmək və yaradıcı sənayelərin inkişafına dəstək vermək məqsədi daşıyır. Eyni zamanda ölkə gənclərinə və qadınlarına sahibkarlıq təlimləri verməklə, rifahın yüksəldilməsi və iş yerlərinin yaradılması üçün yaradıcı və mədəni turizmdə kiçik və orta turizm biznesinin inkişafına dəstək missiyasını həyata keçirir.
Layihə çərçivəsində LDU və UNEC tələbələrinin sahibkarlıq bacarıqlarının və biliklərinin artırılması diqqət mərkəzində olacaq. Görüşdə LDU-nun beynəlxalq əlaqələr üzrə şöbə müdiri Günel Məmmədova UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı arasında layihə çərçivəsində görüləcək işlər, fəaliyyət və təbliğat planının hazırlanması barədə fikir mübadiləsi aparılıb.