A

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində müəllim və tələbələrin Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı - COP29 barədə məlumatlandırılması məqsədilə tədbir keçirilib.

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Afaq Hacıyeva və baş müəllim Firuzə Cəfərova tədbirdə təqdimatla çıxış edərək, COP29-un ekoloji problemlərin həlli istiqamətində dünya dövlətlərinin iştirakı ilə baş tutacaq qlobal forum olduğunu bildiriblər. Forumun Azərbaycanın aktual ekoloji problemlərinin həlli üçün də böyük imkanlar yaratdığını diqqətə çatdırıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay