A

UNEC-də Elm günləri çərçivəsində “UNEC laboratoriyalarının mövcud vəziyyəti və akkreditasiya imkanlarının müzakirəsi” mövzusunda müzakirə paneli keçirilib.

Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru f.f.d. Tural Nağıyev UNEC laboratoriyalarının mövcud bazası və fəaliyyəti haqqında təqdimat edərək, laboratoriyalarda tədrisin təşkili, istifadə olunan avadanlıqlar, kadr potensialı, kimyəvi reaktivlərin saxlanması şəraiti, kimyəvi tullantıların utilizasiyası, aparılan tədqiqatlar haqqında məlumat verib.

Sonra laboratoriyalardan istifadə prosesində avadanlıqların aktiv istifadəsinin təmin olunması, alınan maddələrin tədrisdə səmərəli istifadəsi, dissertasiya işlərinin yazılması prosesində metodologiyaya uyğun tədqiqatın aparılması məqsədilə eksperimentlərin təşkili, analizlərin aparılması, elmin kommersiyalaşdırılması üçün UNEC laboratoriyalarının akkreditasiya məsələləri, laborantların təlimlərə və sertifikasiya proqramlarına cəlb olunması, akkreditasiyası ilə əlaqədar qiymətləndirmə meyarları barədə fikir mübadiləsi aparmaqla, mövcud problemlərin həlli istiqamətində müəyyən qərarlar qəbul edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay