A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliyinin Azaldılması - REFRESH” layihəsinin keyfiyyətinin təminatı ilə bağlı növbəti görüş keçirilib.

Görüşdə UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin əməkdaşları Rauf Məmmədov və Gültac Tahirli, yerli tərəfdaşlardan Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, xarici tərəfdaşlardan Boloniya Universiteti (UNIBO), Barselona Universiteti (UB), Royal Texniki İnstitutu (KTH) və Danimarka Texniki Universitetinin (DTU) REFRESH layihəsi üzrə menecerləri iştirak ediblər.

Görüş zamanı REFRESH layihəsinin Keyfiyyətin Təminatı kitabçasının məzmunu müzakirə olunub. İştirakçılar sözügedən kitabçaının təkmilləşdiirlməsi məqsədilə konstruktiv rəylər verərək, layihənin icra proseslərini sadələşdirmək və səmərəliliyini artırmaq üçün praqmatik düzəlişlər təklif ediblər.

Tədbirdə REFRESH layihəsinin daynıqlılığı məqsədilə sənaye sahələri ilə əməkdaşlıq təklifi kimi gələcək təşəbbüslərin əhəmiyyəti də vurğulanıb.

Sonda iştirakçılar keyfiyyətinin təminatının artırılması istiqamətində gələcək fəaliyyətləri müzakirə ediblər.

TOP XƏBƏRLƏR