A

UNEC-də insan resursları idarəetməsində səmərəliliyi davamlı yüksəltmək məqsədilə inzibati heyətin üçün nəzərdə tutulmuş növbəti təlim “Əməkdaşların psixoloji sağlamlığı və rifahı” mövzusunda olub.

UNEC-in Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayeva təlimdə çıxış edərək, əməkdaşların psixoloji sağlamlığının və rifahının çalışdıqları təşkilatın ümumi səmərəliliyinə təsirlərindən danışıb. O, psixoloji sağlamlığın artırılması üçün müsbət iş mühiti yaradılmasının əhəmiyyətindən danışaraq, stresin idarə edilməsi, emosional intellektin inkişafı və əməkdaşlar arasında müsbət münasibətlərin qurulması kimi mövzulara diqqət yetirib.

Təlim zamanı iştirakçılara müxtəlif psixoloji dəstək metodları, stressi azaltma yolları və komanda işinin gücləndirilməsi üçün praktiki üsullar təqdim edilib. Bununla yanaşı, iştirakçılarla iş yeri mühitini daha da yaxşılaşdırmaq yolları haqqında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay