A

UNEC-də WUF13 çərçivəsində UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi, UNEC Kitabxana-İnformasiya Mərkəzi və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “WUF13 və Mədəni irs” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbir çərçivəsində şəhərlərin davamlı inkişafı ilə mədəni irsin qorunması arasında mövcud olan qarşılıqlı əlaqələr və bu sahədəki əsas çağırışlar ətraflı şəkildə müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova çıxışı zamanı bu ilin may ayında Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əsas məqsəd və vəzifələrindən, həmçinin forumun beynəlxalq miqyasda daşıdığı əhəmiyyətdən ətraflı bəhs edib. Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin heç də təsadüfü olmadığını qeyd edib. Kitabxana-İnformasiya Mərkəzinin direktoru, t.f.d. Adilə Abdullayeva UNEC Kitabxana Fonduna daxil olan şəhərsalma və arxitektura mövzularına həsr edilmiş nəşrlər barədə geniş məlumat verib.

UNEC Multikulturalizm Mərkəzinin rəhbəri prof. Məhəbbət Paşayeva mədəni irsin şəhərlərin kimliyinin qorunmasında və bu irsin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını xüsusi olaraq vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun qonaq ekspertləri tarixi məkanların qorunması, onların müasir şəhər mühitinə inteqrasiyası və mədəni irsin dayanıqlı şəhərsalmada rolu barədə çıxış ediblər. Xüsusi diqqət yerli icmaların bu proseslərə cəlb edilməsinə yönəldilib.

Sonda isə qonaqlar mövzuya həsr olunmuş kitab stendində nümayiş etdirilən nəşrlərlə yaxından tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay