A

Dekabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkəmizin 15 ali məktəbinin 300-dək tələbə və magistrinin iştirak etdiyi, “Vergilər” mövzusunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan 10-cu  olimpiada keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin UNEC-in foyesindəki büstü önünə gül dəstələri qoyaraq, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan Ulu Öndərin əziz xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə açan, UNEC-in rektoru, professor Ədalət Muradov olimpiada iştirakçılarını salamlayıb, hər il Bakıdan və digər şəhərlərdən çoxlu sayda tələbə və magistrin bu olimpiadaya qatıldığını vurğulayıb. Ə.Muradov Ulu Öndərin xatirəsinə həsr olunan olimpiadanın tələbələrin vergi sahəsindəki biliklərinin artmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov Vergilər Nazirliyi ilə UNEC-in birgə təşkil etdiyi bu Olimpiadanın artıq ənənə halını aldığını qeyd edib. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən insan resurslarının inkişafına xüsusi diqqət yetirildiyi

barədə danışaraq, qəbul edilən dövlət proqramlarında, milli strategiyalarda və fəaliyyət planlarında dövlət orqanlarının əməkdaşlarının potensialının inkişaf etdirilməsinin əsas məsələlərdən biri olduğunu, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçidin əsaslarından biri kimi insan kapitalının inkişafının ön plana çəkildiyini qeyd edib.

Vergilər Nazirliyinin təbliğat və maarifləndirmə sahəsində təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi yer verdiyini vurğulayan S.Ələkbərov UNEC ilə birgə on ildir ki, keçirilən Olimpiadanın tələbələr arasında vergi sahəsində maarifləndirmə işlərinə böyük töhfə verdiyini qeyd edib. Bildirilib ki, vergi biliklərinə dərindən yiyələnmiş gənclərin vergi orqanlarında işə cəlb olunmasına xüsusi önəm verilir və əvvəlki Olimpiadalarda fəal iştirak etmiş onlarla gənc hazırda vergi orqanlarında uğurla çalışırlar.

UNEC ilə Tədris Mərkəzi arasında tədris-təcrübə mübadiləsinin aparılması haqqında Memorandum imzalandığını diqqətə çatdıran Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov iki qurum arasında əməkdaşlıq prosesindən danışıb, Olimpiadanın gedişi və qaydaları barədə iştirakçıları məlumatlandırıb.

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri Əvəz Ələkbərov da Olimpiada iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb, Olimpiadanın tələbə və magistrlərin vergi sahəsində biliklərinin formalaşmasına böyük fayda verdiyini qeyd edib.

Test üsulu ilə təşkil olunan olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanan sualları kompüter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndirilib.

Olimpiadanın nəticələrinə yekun vuran Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəhbəri Əli Həsənov və UNEC-in rektoru, professor Ədalət Muradov bütün iştirakçılara minnətdarlıqlarını bildiriblər, ən yüksək nəticə göstərən tələbə və magistrlərin, həmçinin onların müəllimlərinin adlarını elan edərək, qalibləri təbrik ediblər. 

Tələbələr arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:

I yer 

 

 (2 nəfər – eyni bal topladıqlarına görə):

Salmanova Mehri (UNEC)

Mehdiyev Mahir (Naxçıvan Dövlət Universiteti)

III yer                         

 

Cəfərov Zeynalabdin

(Naxçıvan Dövlət Universiteti)

 

Magistrlər arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:

I yer 

 

Allahverdiyeva Mehri (UNEC)

II yer  

 

Əhmədov Vüsal (UNEC)

III yer

 

Məmmədli Qənbər

(Naxçıvan Dövlət Universiteti)

1-ci yeri tutan tələbə və magistrlərin müəllimləri də xüsusi mükafata layiq görülüblər. Onların arasında UNEC-in ”Maliyyə və maliyyə institutları” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru

Zöhrab Paşayev

də var.

 

TOP XƏBƏRLƏR