A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda  (İAETİ) keçirilən elmi seminarda “Azərbaycan Respublikasının Milli İqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə dair müzakirələr keçirilib.

İAETİ-nin şöbə müdiri, dosent Murad Bağırzadə sənədin ölkə iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb. Bildirib ki, sistemli xarakter daşıyan “Strateji Yol Xəritəsi” tədqiqatçılar üçün geniş təhlil perspektivləri açır. M.Bağırzadə İAETİ üçün əhəmiyyətli olan problem və istiqamətlər üzrə təkliflər paketini irəli sürüb.

İnstitutun direktor müavini, professor Rövşən Quliyev isə tədqiqat mövzularının məntiqi ardıcılığına dair öz fikirlərini çatdırıb.

İAETİ-nin direktoru, professor Yadulla Həsənlinövbəti illərin tədqiqat istiqamətləri üzrə təklifləri yekunlaşdırıb.Sonda “Strateji Yol Xəritəsi”nin 3-cü strateji hədəf kimi göstərilən və əsas icraçısı Təhsil nazirliyi olduğu “insan kapitalının inkişaf etdirilməsi” üzrə nəzərdə tutulan elmi-tədqiqat işlərinin İAETİ-nin növbəti illərdə iş planında nəzərə alınması tövsiyyə edilib. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay