UNEC Gənc Müəllimlər Şurasının ilk elmi seminarı keçirilib.
UNEC Gənc Müəllimlər Şurasının İdarə Heyətinin sədri, Distant Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev şuranın üzvlərinin iştirakı ilə hər ay müxtəlif mövzuda elmi seminarların keçiriləcəyini bildirib.
İlk seminarda “Humanitar fənlər” kafedrasının müəlliməsi Cəmilə Həsənova “Azərbaycanda ibtidai icma quruluşu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədən sonra Azərbaycanın zəngin tarixi-mədəni irsi, şərq və qərb memarlıq üslubunda tikililəri, yeraltı və yerüstü sərvətlərinin xarici tursitlərin marağını artıran faktorlarla bağlı fikir mübadiləsi aparılıb.