A

UNEC İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan elmi konfrans keçirib.

İsmayıllı rayonunun Mədəniyyət Mərkəzində təşkil edilən konfrans “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusuna həsr olunub.

Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov ulu öndərin SSRİ dövründəki fəaliyyətindən, Azərbaycana yenidən rəhbər gəldikdən sonra çoxistiqamətli xilaskarlıq missiyasından, iqtisadi strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib.

UNEC-in professorları Arif Şəkərəliyev ilə Qabil Manafov ümummilli lider Heydər Əliyevin iqtisadi strategiyasının nəzəri əsaslarından, praktik nəticələrindən, ölkəni 90-cı illərin əvvəllərində daha da dərinləşən iqtisadi və maliyyə böhranlarından bacarıqla xilas etməsi yollarından danışıblar.

Sonda ümummilli liderə həsr olunan film nümayiş etdirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay