A

UNEC-in Beynəlxalq magistratura və doktorantura mərkəzində (BMDM) ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “İqtisadiyyat və idarəetmənin müasir problemləri” mövzusunda magistrlərin I elmi-praktiki konfransı keçirilib. 

BMDM-in direktoru, dosent Fariz Əhmədov magistrlərin elmi tədqiqatlarının keyfiyyətinin yüksəldilməsi, onların bilik və bacarıqlarının üzə çıxarılması, təcrübəsinin artırılması istiqamətində konfransların təşkilinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, BMDM-də həyata keçirilən yeniliklərin magistrlərin şəfaf və keyfiyyətli təhsilinə təsirindən söz açıb.

Ümummilli lider Heydər Əliyevin ölkə təhsilinin inkişafı istiqamətində apardığı uğurlu islahatlardan danışan elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov UNEC-də həyata keçirilən bütün yeniliklərin ulu öndərin tövsiyələrinə əsaslandığını qeyd edib.

Konfransda doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov, Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin dosenti Osman Eminə, “İqtisadiyyat və idarəetmə” kafedrasının dosenti Aytən Hüseynli çıxış edərək konfransa Azərbaycan, rus, ingilis və türk dillərində 366 elmi məqalənin təqdim olunduğunu bildiriblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib. Sonda elmi məqalələri ilə fərqlənən magistrlərə sertifikatlar təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay