A

UNEC İqtisadiyyat fakültəsi mentorluğu və Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən "İqtisadçı Tələbə" Elmi Dərnəyinin birgə təşkilatçılığı ilə 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş elmi seminar keçirilmişdir.

"İqtisadiyyatın tənzimlənməsi" kafedrasının müəllimi, "İqtisadçı Tələbə" Elmi Dərnəyinin rəhbəri Zeynəb Qiyasovanın təşəbbüsü ilə təşkil olunan seminarda Azərbaycan Respublikasında gömrük hüququ, gömrük nəzarətinin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumları haqqında UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistri Sərxan Mustafayev məruzə ilə çıxış edib. 

Natiq gömrük qanunvericiliyi, gömrük məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə tələbələri məlumatlandırmışdır.
Sonda tələbələrin sualları cavablandırılmışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay