A

UNEC Rus İqtisad Məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Tələbə gəncliyi və Azərbaycan iqtisadiyyatı: gələcəyə baxış” mövzusunda V Tələbə Elmi Konfransı keçirildi.

Tələbə Elmi Cəmiyyəti ilə birgə təşkil olunan tədbir qeyri-ənənəvi formatda keçirilərək 3 raundda təşkil olunmuşdu:  (“Uğura imza atanlar”, “Azərbaycan iqtisadiyyatı tələbənin gözü ilə”, “Azərbaycan iqtisadiyyatı üzrə debatlar: elmi rinq”).

Giriş nitqində UNEC RİM-nin direktoru, dosent Mənsur Bərxudarov format dəyişikliyinin əsas məqsədinin tələbələrin elmi innovativliyə, debat və diskussiyalara daha fəal şəkildə cəlb etmək olduğunu, gənclərin, tələbələrin Azərbaycan iqtisadiyyatının gələcək təhlili və inkişafında rolu və əhəmiyyətindən bəhs etdi. Konfransın əsas moderatoru RİM-in direktor müavini, professor Elşad Məmmədov olmuşdur.

Konfransda Rus İqtisad Məktəbinin dosentləri L.Kaşiyeva, Ş.Hüseynova, G.Ağabəyova və tələbələr Günel Məmmədova, Vaqif Guluzadə, Emil Yusubov, Aysel Abbasova fəal iştirak etmişlər.

Jüri tərəfindən məruzəçi-tələbələr A.Abbasovanın, L.Quliyevanın, K.Suleymanovanın, X.Sadıqovanın, N.Həsənlinin, N.Nəsibovanın, F.Güləhmədlinin və digərlərinin hazırladıqları çıxış və prezentasiyalar yüksək dəyərləndirilmişdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay