A

UNEC-in Ekspertiza və standartlaşdırma fakültəsində “Elmi-tədqiqat ili” çərçivəsində “İstehlak mallarının ekspertizası” və “Standartlaşdırma və sertifikasiya” kafedralarının professor-müəllim və tələbə heyətinin birgə iştirakı ilə “Keyfiyyətə nəzarət: məqsəd və hədəflər” mövzusunda dəyirmi masa təşkil edilmişdir.

Tədbirdə bu gün istehlak bazarında keyfiyyətə nəzarəti zəruri edən səbəblər, keyfiyyətə nəzarət metodlarının təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi, keyfiyyətə nəzarətin təşkilinin müasir məsələləri müzakirə edilmişdir.

Mövzu ətrafında dekan dosent Tofiq Osmanov, “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri professor Əli Həsənov, “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri professor Zabit Aslanov, professor Məhəmmədəli Nuriyev, dosent İlham Seydəliyev, baş müəllim Azər Məmmədov, müəllim Nailə Qafarova çıxış etdilər, ayrı-ayrı suallar ətrafında fikir mübadiləsi, müzakirələr aparıldı. Dəyirmi masada keyfiyyətə nəzarətin nəzəri, praktiki məsələlərin tədqiqini davam etdirmək və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə qarşılıqlı əlaqələri inkişaf etdirmək qərara alındı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay