A

UNEC-də “Elm aylığı” çərçivəsində Magistratura Mərkəzində “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının müdiri, akademik Əli Abbasovun təqdimatında “Azərbaycan “Bir kəmər - bir yol” Rəqəmsal İpək yolu layihəsində” adlı mühazirə dinlənilib.

Mühazirədə Magistratura Mərkəzinin rəhbərliyi, “Kompüter elmləri” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” üzrə təhsil alan magistrantlar və “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının magistraturada dərs aparan professor-müəllim heyəti iştirak edib. Giriş sözü ilə tədbiri açan - Magistratura Mərkəzinin dekanı, prof. Qabil Manafov dəyərli alim və mütəxəssislərimizin UNEC-də bir ənənə olaraq keçirdiyi nümunəvi mühazirələr sırasında cari mühazirənin də çox faydalı olacağına və yüksək səviyyədə keçəcəyinə ümid bəslədiyini söyləyib.

Akad. Əli Abbasov öz çıxışında dünya əhalisinin 60%-ni əhatə edəcək və planetə nüfuz edən güclü nəqliyyat və logistika infrastrukturu yaradacaq bir layihənin – Çinin "Bir kəmər - bir yol" layihəsinin məqsədi, onun elmi planı və maliyyə mənbələri, bu layihədə Azərbaycanın imkan və maraqları haqda məlumatı mühazirə iştirakçılarının nəzərinə çatdırıb. 
Akademik Əli Abbasov Çinin “Bir kəmər - bir yol” strategiyası üçün əhəmiyyətli olan ölkələrdən bəhs edən proqramda Cənubi Qafqazın ən sürətli inkişaf edən ölkəsi olan Azərbaycanın geostrateji mövqeyinin əlverişliliyini və tranzit infrastrukturunu izah etməklə Bakı-Tbilisi-Qars dəmir yolunun da daxil olduğu Transxəzər Şərq-Qərb Nəqliyyat dəhlizinin və eləcə də, Azərkosmosun müşahidə imkanlarının Azərbaycanın bu layihəyə ən böyük töhfəsi olduğunu qeyd edib, rəqəmsal uçurum və onun aradan qaldırılması məsələlərinə toxunub.

Nitqinin sonunda o, Azərbaycanın bu layihədən sahənin inkişafı üzrə investisiyaların cəlb olunması, rəqəmsal ifrastrukturun və insan resurslarının inkişafı, beynəlxalq və regional layihələrdə iştirakın təmin olunması və geosiyasi nüfuzun yüksəlməsi kimi gözləntiləri haqda geniş məlumat verib.

Mühazirə maraqla qarşılanıb və iştirakçıları maqraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay