A

UNEC Kitabxana-İnformasiya Mərkəzində Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş ənənəvi və virtual sərgi təşkil edilib.

UNEC-in rəsmi saytı üzərindən oxuculara təqdim olunan “Qarabağ Azərbaycandır” sərlövhəli virtual sərgidə (https://library.unec.edu.az/virtual-s-rgi/virtual-s-rgi-2) ölkəmizdə və xüsusilə UNEC nəşriyyatında son illərdə çap olunmuş kitablar nümayiş olunub. Sərgidə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbə, şəhidlik zirvəsinə ucalmış qəhrəman əsgər və zabitlərin şərəfli döyüş yolu, eləcə də vətənpərvərlik ruhunda qələbə mövzusunda yazılmış nümunəvi əsərlər təqdim edilib.

Əsaslı kitabxanada təşkil edilmiş ənənəvi sərgidə isə UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda yer alan eyni məzmunda kitablar təhsilalanlar və universitet əməkdaşlarına nümayiş etdirilib.

Sərgi ilə tanış olan UNEC tələbələri dəyirmi masa ətrafında Zəfərin qazanılmasında həlledici rol oynayan faktorlar barədə fikir mübadiləsi aparıblar.

TOP XƏBƏRLƏR