Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Yıldız Teknik Universitetinə işgüzar səfər həyata keçirib.
Səfərdə Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr şöbəsinin əməkdaşları Rəsul Yusibov, Günel Cəlilova və Xanım Ağadadaşova, Karyera Mərkəzinin direktoru Sevinc Məcid və İctimaiyyətlə Əlaqələr Şöbəsinin nümayəndəsi Samir İsmayılzadə iştirak ediblər.
Görüş zamanı universitetin Beynəlxalq Əlaqələr Ofisi ilə əcnəbi tələbələrin qəbulu, ikili əməkdaşlıq imkanları, beynəlxalq təhsil strategiyaları, həm yerli, həm də əcnəbi məzunların universiteti bitirdikdən sonra işlə təmin olunmaları və gələcək birgə layihələr üzrə konstruktiv müzakirələr aparılıb.
Tərəflər əməkdaşlığın genişləndirilməsi və yeni təşəbbüslərin icrası istiqamətində qarşılıqlı marağı təsdiqləyiblər. UNEC nümayəndə heyəti beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirmək və qlobal təhsil məkanında universitetin mövqeyini daha da gücləndirmək niyyətini bir daha vurğulayıb.