A

21- 25 oktyabr tarixlərində UNEC-də “Elm həftəsi” keçiriləcək.

“Elm həftəsi” çərçivəsində 5 gün ərzində UNEC-in 5 tədqiqat mərkəzinin hər birində profilinə uyğun olaraq aktual mövzulara həsr olunan müzakirələr aparılacaq. Təcrübəli ekspertlərin moderatoru olduğu müzakirələrdə qoyulan mövzularla bağlı təkliflər paketi hazırlanacaq.

21 oktyabr

UNEC Avropa İqtisadiyyatı Mərkəzi

Mövzu: “Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Global Cənubla iqtisadi əlaqələrin rolu”

Əsas məruzəçi: Dr. Elkhan Richard Sadiq-Zada, UNEC Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri, Almaniyanın Bochum Ruhr universitetində tədqiqatçı

22 oktyabr

UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi

Mövzu: “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri”

Əsas məruzəçi: Professor Qafar Mehdiyev, UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri

23 oktyabr

UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi

Mövzu: Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları”

Əsas məruzəçi: Mirsahib Eminov, UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi

24 oktyabr

UNEC Ekonofizika Tədqiqat Mərkəzi

Mövzu: “Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış”

Əsas məruzəçi: Professor Şahlar Əsgərov, Əməkdar elm xadimi, UNEC Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri

25 oktyabr

UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi

Mövzu: “Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?”

Məruzəçilər:

1. Ms.Guo Min, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri.

2. P.h.D.Tahir Mirkişili, millət vəkili.

3.  P.h.D. Li Renying "Bir kəmər və bir yol" Alyansı Baş katibinin müavini.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay